Dünya
21 arvadı olan yəhudiyə 30 il iş verildi - FOTO

İsraildə poliqamçı kult lideri arvadı və qızlarını cinsi zorakılığa məruz qoyduğuna görə 30 illik həbsə məhkum edilib.
Publika.az xəbər verir ki, İsrail məhkəməsi 64 yaşlı Goel Ratzonu zorlama, nalayiq davranış və yaxınları ilə cinsi əlaqəyə girməkdə ittiham edib.
İsrail mətbuatı Ratzonun 21 "arvadının" və 30-dan çox övladının olduğunu bildirir.
Ratzon ittihamları rədd edərək qadınların onunla könüllü yaşadıqlarını qeyd edib.
Goel Ratzon 2010-cu ildə həbs olunanda onun 21 arvadı olub.
Tel-Əviv məhkəməsində bu işlə bağlı dinləmələr zamanı Ratzonun şəhərdə bir neçə evinin olduğu və həmin evlərdə arvad-uşağının "dəhşətli şəraitdə qaldığı" müəyyən edilib.
İsrail mediasına görə, kommunal yaşayış tərzi olan evlərə gələn qadınlar ailələrilə və dostları ilə əlaqələri kəsməyə məcbur edilirmiş.
Məhkəmədə eləcə də bildirilib ki, Ratzon, ailə üzvləri ona tabe olmayacaqları halda onları cəzalandıracağı ilə hədələyib.


-
MDB22:24
Putin onu vəzifələrindən azad etdi
-
Hadisə20:50
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı - Nə baş verib?
-
İdman20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Yeniləndi
-
İKT17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı
-
Nida Xəbər 16:08
Əliyevlə Paşinyanın Əbu-Dabi görüşü: Sülh sazişi imzalanacaq?