Dünya
Baydenin Putin qarşısında etdiyi bağışlanmaz səhvlər - Pentaqonun kəşfiyyatçısı açıqladı
ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin keçmiş rəsmisi Rebekka Koffler Rusiyanın Ukraynaya hücumu kontekstində Amerika prezidenti Co Baydenin səhvlərini sadalayıb.
Publika.az xəbər verir ki, onun sözlərini “New York Post” sitat gətirib.
O qeyd edib ki, Ağ Ev rəhbəri ehtiyatlı olub. "Ukrayna böhranının hər mərhələsində Bayden "nəzarət-eskalasiya" strategiyasını seçdi, dəstək siqnalı vermək üçün kifayət qədər hərbi texnika təmin etdi, lakin bu, qalib gəlmək üçün kifayət deyil", - Koffler deyib.
Pentaqonun sabiq kəşfiyyat zabiti Baydenin səhvləri arasında ABŞ-ın peyk və rabitə şəbəkələrini Rusiyanın hücumlarından qorumaq üçün əks tədbirlərin hazırlanmamasını da qeyd edib.
Kofflerin sözlərinə görə, müharibənin ilk günlərindən Bayden özünü küncə sıxıb. O, Baydeni ABŞ vitse-prezidenti olarkən “Rusiyanın uzunmüddətli təhlükəsi ilə bağlı kritik kəşfiyyat məlumatlarına” məhəl qoymamaqda ittiham edib.
Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya üzrə keçmiş baş analitiki Corc Bibe demişdi ki, Co Bayden Rusiyanın Ukraynaya hərbi hücuma həyati maraqlarına görə deyil, ambisiyalarına görə başladığına inanmaqla səhv edib.
-
Dəb22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ