Dünya
AİHM qərarını açıqladı: Litva göz yumub, MKİ şübhəli şəxsə işgəncə verib
Avropa İnsan Haqları Məhkəməsi MKİ-nin Litvada gizli sorğu-sual mərkəzində şübhəli şəxsə qarşı “qeyri-insani rəftar” göstərdiyi və Litvanın buna icazə verərək Avropa insan haqları qanunlarını pozduğuna dair qərar verib.
Publika.az xəbər verir ki, məhkəmə Mustafa Əhməd Adam əl-Həvsəvinin 2005-2006-cı illərdə Litvada gizli sorğu-sual mərkəzində işgəncələrə və “qeyri-insani rəftara” məruz qalması qərar verib.
Bəyanatda deyilir: “Litva tərəfindən cənab əl-Havsəvinin iddialarını effektiv şəkildə araşdırmaması və CIA-nın məxfi məhbus proqramında iştirak etməsi səbəbindən Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın/istintaqın qadağan edilməsi) pozulması; Litvanın köməyi sayəsində Konvensiyanın 6-cı maddəsi (ağlabatan müddətdə ədalətli məhkəmə araşdırması hüququ) və 1-ci maddəsi (ölüm cəzasının ləğvi), habelə 6 saylı Protokolun 2-ci maddəsi (yaşamaq hüququ) və 3-cü maddələri pozulub”.
AİHM Litvanın bu vəziyyətdən xəbərdar olmasının lazım olduğunu vurğulayaraq, o dövrdə ABŞ tərəfindən saxlanılan şübhəlilərə qarşı tətbiq edilən işgəncə və pis rəftarın tarixinə nəzər salaraq deyib:
“Məlumatları nəzərə alaraq, Litva rəsmiləri MKİ-nin əməllərindən xəbərdar olmalı idilər”.
Aysel
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək