Avropa ölkələri Rusiyaya qarşı birgə ordu yaradır
Bizi izləyin

Dünya

Avropa ölkələri Rusiyaya qarşı birgə ordu yaradır

Avropa ordularını vahid orduya çevirəcək “LATACC” layihəsinə start verilib. Layihə çərçivəsində qitə ölkələrinin ordularının texnologiyaları hazırlanacaq, yeni döyüş maşınları və sursatlar istehsal olunacaq.

Publika.az xəbər verir ki, beynəlxalq müdafiə mediasında yayılan məlumatlara görə, 12 Avropa ölkəsindən 34 şirkətin iştirak etdiyi layihənin məqsədi Rusiya təhlükəsinə qarşı Avropa ordularını vahid inteqrasiya edilmiş orduya çevirməkdir. Bildirilir ki, həyata keçiriləcək Avropa Komissiyasının imzaladığı layihəyə əvvəllər sınaqdan keçməmiş və gizli texnologiyalar daxildir.

“Jane's Report”da dərc olunan xəbərə görə, təxminən 48,7 milyonluq müdafiə layihəsi çərçivəsində Avropa orduları vahid orduya çevriləcək. Layihənin maliyyə xərclərini və texniki infrastrukturunun böyük hissəsini Almaniya təmin edir. Koordinasiyanı Fransanın müdafiə şirkəti "Thales" həyata keçirir. Layihə çərçivəsində pilotsuz quru vasitələrinin tək sistemdən idarə edilməsi hədəflənir.

ABŞ Müdafiə Nazirliyinin mənbələrindən alınan məlumata görə, Avropa ölkələrinin bu qərarının arxasında duran ən mühüm səbəb ABŞ-ın təhlükəsizlik təhdidi anlayışının Çinə keçməsi və Rusiya-Ukrayna müharibəsinin hər an Avropaya sıçrayacağı ehtimalıdır.

Pentaqon mənbələri LATACC layihəsinin ilk sınaqlarının və Avropa ölkələrinin ordularının birgə təlimlərinin 1 il ərzində həyata keçiriləcəyini də bildirir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm