ABŞ Yəmənə zərbə endirdi
Bizi izləyin

Dünya

ABŞ Yəmənə zərbə endirdi

ABŞ ordusu Yəmən ərazisinə növbəti zərbə endirib, hücumun hədəfi husilərin Ənsar Allah hərəkatının qanadlı raketi olub.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Fevralın 4-ü Səna vaxtı ilə saat 04:00-da CENTCOM qüvvələri özünümüdafiə məqsədilə Qırmızı dənizdəki gəmilərə atılmağa hazır olan husilərə məxsus qanadlı raketə zərbə endirib. ABŞ ordusu Yəməndə husilərin nəzarətində olan ərazidə qanadlı raket aşkarlayıb və bunun bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələri gəmiləri üçün birbaşa təhlükə olduğunu müəyyən edib”, – CENTCOM-un sosial şəbəkədə dərc olunmuş açıqlamasında qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm