Dünya
ABŞ Türkiyəni tələyə belə salmaq istəyir: Dünya od halqasına çevriləcək
ABŞ dövlət katibinin müavini Viktoriya Nuland və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burnsun açıqlamalarını dəyərləndirən beynəlxalq ekspertlər ABŞ-ın F-35-lər vasitəsilə Türkiyəyə tələ qurmağı hədəflədiyini bildiriblər.
Publika.az xəbər verir ki, ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nulandın Vaşinqtonun Türkiyəni yenidən F-35 ailəsinə qəbul etməkdən məmnunluq duyacağı ilə bağlı açıqlaması müzakirələrə səbəb olub.
Beynəlxalq Əlaqələr üzrə Ekspert Prof. Dr. Həsən Köni müharibə ehtimalları və Türkiyədəki vəziyyətlə bağlı fikir bildirib:
"ABŞ daima qərb müttəfiqlərini Ukraynaya kömək etməyə çağırır. Tramp seçilərsə, ABŞ-ın xarici siyasəti və kadrları tamamilə dəyişəcək. ABŞ xalqının prioriteti immiqrasiya ilə mübarizədir. Bununla belə, Ukrayna və Yaxın Şərqdəki böhran Bayden administrasiyası noyabr ayına qədər vəzifədə qalacağı üçün davam edəcək. ABŞ İrana müdaxilə məsələsinə müttəfiqlərinin də qarışmasının tərəfdarıdır.
Ortaya qoyulması istənən iki ölkə Türkiyə və Qətərdir. Nulandın "F-35-ləri verə bilərik" ifadəsini bu prizmadan oxumaq lazım olduğuna inanıram. ABŞ gələn yazdan etibarən S-400-lə bağlı heç bir problem olmadığını deyərək, həm F-35 tədarükü, həm iqtisadi dəstək bəyanatları verə bilər. İran və Türkiyəni bir-birinə qarşı qoymaq istəyirlər”.
Prof. Dr. Ünal Bayden rəhbərliyinin Türkiyəni tələyə salmağa çalışdığını bildirib:
"Ancaq Türkiyə bu tələyə düşməyəcək. Rusiya və İrana birbaşa qarşı çıxmaq iqtisadiyyatın tamamilə çökməsi deməkdir. ABŞ və ya qərbin İrana müdaxiləsi halında Türkiyə bitərəf qalacaq. NATO-nun rəsmi şəkildə müdaxilə edəcəyini düşünmürəm. Bu baş verərsə, dünya od halqasına çevriləcək və nüvə müharibəsi fəlakəti baş verəcək”.
Roza Şəfiyeva
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı