İsrail mətbuatından iddia: Netanyahu "müharibə kabineti"nə məlumat vermədən...
Bizi izləyin

Dünya

İsrail mətbuatından iddia: Netanyahu "müharibə kabineti"nə məlumat vermədən...

İsrailin Baş nazir Binyamin Netanyahunun Qəzza ilə mərhələli danışıqlar üçün atəşkəsə “yaşıl işıq” yandırdığı bildirilir.

Publika.az xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb.

Bildirilir ki, “Mossad”ın direktoru David Barnea tərəflər arasında müzakirələrin davam etməsi və atəşkəsə nail olunması üçün səylərin davam etdirilməsi ilə bağlı Baş nazir Netanyahudan göstəriş alıb.

Xəbərdə danışan kabinetə yaxın bir mənbə Baş nazirin təsdiqindən sonra “döyüş kabineti”nin üzvlərinin bu məsələdən xəbərdar olduğunu bildirib.

Digər tərəfdən, AA-ya danışan fələstinli mənbələr HƏMAS-ın Qəzzada hər biri 45 gün davam edəcək üç mərhələli əsir mübadiləsi və atəşkəs nəzərdə tutan planı qəbul etdiyini açıqlayıb.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm