Vuçiçdən sensasion açıqlama: Serbiyadakı ukraynalılar Putini dəstəkləyirlər, ruslar isə...
Bizi izləyin

Dünya

Vuçiçdən sensasion açıqlama: Serbiyadakı ukraynalılar Putini dəstəkləyirlər, ruslar isə...

Serbiyada yaşayan ukraynalıların əksəriyyəti Rusiya lideri Vladimir Putini dəstəkləyir. Serbiyada ruslar çox deyil, lakin maraqlıdır ki, Serbiyadakı bu ruslar əsasən prezident Putinə qarşı yönəliblər. Maraqlıdır ki, Serbiyada olan ukraynalılar əsasən rusdillidir və daha çox Putin tərəfdarıdırlar”.

Publika.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

2022-ci ilin dekabrında Vuçiç bildirib ki, xüsusi əməliyyat başlayandan sonra ölkəyə 100 mindən çox rus və 20 min ukraynalı gəlib. O, onların tezliklə respublika vətəndaşlığını ala biləcəklərini açıqlayıb. Vuçiç həmçinin bütün prosedurun sürətləndirilmiş şəkildə həyata keçiriləcəyini vurğulayıb. Vuçiçin sözlərinə görə, Serbiyada işçi qüvvəsi çatışmır, buna görə də, yerli şirkətlərdə çalışan və ya özünüməşğulluqla məşğul olan vətəndaşlar sənədlərin alınmasında üstünlük təşkil edəcəklər.

Serbiyanın Baş naziri Ana Brnabiç minlərlə rusun ölkəyə axınının dövlətə fayda gətirdiyinə işarə edib. Onun sözlərinə görə, bu insanları təkcə Balkan ölkəsinin iqtisadiyyatı cəlb etmədi, həm də “Avropada xoş qarşılanmadı”. Hökumət başçısı qeyd edib ki, Serbiya rusiyalı mütəxəssislərə, o cümlədən mühəndislərə, “əsasən çox gənc, çox ixtisaslı, çox istedadlı insanlara” güzəştlər təklif edir.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm