Enerji sektorunda böyük sövdələşmə: 26 milyard dollarlıq birləşmə
Bizi izləyin

Dünya

Enerji sektorunda böyük sövdələşmə: 26 milyard dollarlıq birləşmə

Neft və təbii qaz şirkəti "Diamondback Energy" istehsalçı şirkəti "Endeavour Energy Resources" ilə 26 milyard dollarlıq birləşmə müqaviləsi imzaladıqlarını açıqlayıb.

Publika.az xəbər verir ki, birləşmə nəticəsində yaranan şirkətin Qərbi Texas və Yeni Meksikada Perm hövzəsində 3-cü ən böyük neft və qaz istehsalçısı olacağı gözlənilir.

Qeyd edilib ki, birləşmə nəticəsində "Diamondback Energy"nin hazırkı səhmdarlarının yeni yaradılacaq şirkətin təxminən 60,5 faizinə, "Endeavour"un səhmlərinin isə təxminən 39,5 faizinə sahib olacağı gözlənilir.

ABŞ mətbuatında yer alan xəbərlərdə "Diamondback Energy" və "Endeavour Energy Resources"un birləşməsi nəticəsində yaranan şirkətin "Exxon", "Mobil" və "Chevron"dan sonra Qərbi Texas və Yeni Meksikada Perm hövzəsində 3-cü ən böyük neft və qaz istehsalçısı olacağı ifadə edilib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm