“Əclaflar haqqında qanun” qüvvəyə mindi: Əmlakları müsadirə olunacaq
Bizi izləyin

Dünya

“Əclaflar haqqında qanun” qüvvəyə mindi: Əmlakları müsadirə olunacaq

Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumatlara görə əmlakın müsadirə edilməsi haqqında qanun imzalayıb.

Publika.az xəbər verir ki, sənədin mətni rəsmi internet portalında dərc olunub.

Dövlət Dumasının sədri Vyaçeslav Volodinin “əclaflar haqqında qanun” adlandırdığı sənəd cinayət və cinayət-prosessual məcəllələrə dəyişikliklər edir. Bu, təqsirli bilinən şəxslərin əmlakından və fəxri adlarından məhrum edilməsinə imkan verir.

Ordu haqqında yalan xəbərlər yaymaqda, habelə dövlət təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətə açıq çağırışlarda təqsirli bilinən şəxslər bu növ məsuliyyətə cəlb oluna bilərlər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm