Dünya
Ukraynalı general G7 ölkələrinin birindən sığınacaq istəyib
Ukraynada axtarışda olan və Serbiyada həbsdən azad edilən Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş generalı Andrey Naumov G7 ölkələrindən birindən siyasi sığınacaq istəyib.
Publika.az xəbər verir ki, bu barədə o, BBC-nin Ukrayna xidmətinə danışıb.
"Mən G7-nin aparıcı ölkələrindən birinə siyasi sığınacaq üçün müraciət etmişəm”.
O, Ukraynada ədalətli mühakimə olacağına inandığı zaman ölkəyə qayıtmağı düşündüyünü bildirib.
Sabiq SBU generalı indi evə qayıtmağa hazır olmadığını deyib. Naumovun izah etdiyi kimi, problemlərin mövcudluğu Ukraynada ədalətli məhkəməyə ümid etməyə imkan vermir. Bundan əlavə, o, Serbiya məhkəməsinin qərarı və vətənində baş verənlərlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət göndərmək istəyir.
2022-ci ilin iyununda Serbiya Daxili İşlər Nazirliyi qaçaqmalçılıqda şübhəli bilinən iki şəxsin həbs edildiyini açıqlayıb. Bəzi KİV-lərin məlumatına görə, cinayətkarlardan biri SBU-nun Daxili Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi general Naumovdur.
Cəmilə
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı