Dünya
Yunanlar təşvişdə: Ərdoğan Misirə bu planla gedib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Misirin paytaxtı Qahirəyə səfəri dünya mətbuatında geniş işıqlandırılıb.
Publika.az xəbər verir ki, Ərdoğan və Misir prezidenti Əbdülfəttah Əs-Sisi Qahirədə keçirdikləri görüşdən sonra birgə mətbuat konfransı keçirib.
“Ərdoğan-Sisi görüşündən sonra Türkiyə nə əldə etdi?” sualına cavab axtaran Yunanıstanın "Ethnos" qəzeti Ərdoğanın Şərqi Aralıq dənizi planı ilə bağlı “İqlim çox uyğundur” şərhini qeyd edib:
“İlk baxışda Ərdoğanın xüsusilə Şərqi Aralıq dənizində dividend qazanacağına ümid etdiyi bəyanatlar, qəbullar və qırmızı xalçalardan çox müsbət bir atmosfer yaranıb. Ərdoğanın istədiyi Aralıq dənizi qazından ən böyük payı ala bilmələri üçün MEB sazişinin toxumlarını əkmək idi. O, Sisiyə “Biz Şərqi Aralıq dənizinin ən böyük iki ölkəsiyik” dedi. Bəyan etdi ki, "burada biz birlikdə sərmayə qoya və mövcud enerji sərvətindən faydalana bilərik". Şübhəsiz ki, Yunanıstanla razılaşdığından daha çoxunu Misirə göndərdi”, - nəşr yazıb.
Roza Şəfiyeva
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı