Dünya daha bir təhlükə ilə üz-üzə: onların istilası başlayacaq
Bizi izləyin

Dünya

Dünya daha bir təhlükə ilə üz-üzə: onların istilası başlayacaq

Tədqiqatçılar bildiriblər ki, iqlim dəyişikliyinin yaratdığı qeyri-sabit hava şəraiti çəyirtkə istilasını artıracaq.

Publika.az xəbər verir ki, “Science Advances” jurnalında dərc olunan məqalədə tədqiqatçılar Afrika və Yaxın Şərqdə çəyirtkə istilası riski ilə iqlim dəyişikliyi arasındakı əlaqəni araşdırıblar. Bunun üçün onlar BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Çəyirtkə Mərkəzinin məlumatlarında 1985-ci ildən 2020-ci ilə qədər səhra çəyirtkələrinin istilasını təhlil ediblər.

Tədqiqatda həddindən artıq yağış və küləyin getdikcə daha çox çəyirtkə istilasına səbəb olacağı vurğulanıb. Bildirilib ki, havaların istiləşməsi səbəbindən bu işğalların qarşısının alınması və nəzarət edilməsi çətinləşəcək.

FAO səhra çəyirtkələrini dünyada ən dağıdıcı köçəri həşərat kimi təsvir edir. 1 kvadrat kilometr ərazidə 80 milyon çəyirtkə gündə 35 min insan üçün kifayət qədər qida qəbul edə bilir.

Dünya Bankının məlumatına görə, 2003-2005-ci illər arasında Qərbi Afrikada çəyirtkə istilası 2,5 milyard dollar dəyərində ərzaq ziyanına səbəb olub. Bu istila ilə mübarizəyə 450 milyon dollar xərclənib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm