Dünya
Anti-Rusiya sanksiyalarının memarı Ağ Evə qayıdacaq
Rusiyaya qarşı sanksiyaların əsas memarı kimi də tanınan prezidentin milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi Dalip Sinq iki illik fasilədən sonra tezliklə Ağ Evdə işə başlayacaq.
Publika.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Sinq beynəlxalq iqtisadi məsələlərə nəzarət edən prezidentin milli təhlükəsizlik üzrə köməkçisinin müavini kimi əvvəlki vəzifəsini icra edəcək. Məlumata görə, belə bir rotasiya Baydenin “Konqresin təsdiqi olmadan Ukraynaya yardım göstərmək” cəhdləri ilə bağlıdır.
Bundan əvvəl məlum olub ki, ABŞ Maliyyə Nazirliyi rəhbərinin terrorizmin maliyyələşdirilməsi və maliyyə cinayətləri ilə mübarizə üzrə köməkçisi Elizabet Rozenberq tutduğu vəzifəni tərk edəcək. Məhz Rozenberq Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Vaşinqton tərəfindən tətbiq edilən Amerikanın Rusiyaya qarşı məhdudiyyətlər layihəsinin müəlliflərindən biri olub. Rozenberg və onun həmkarları tərəfindən hazırlanmış tədbirlər arasında Rusiya aktivlərinin dondurulması və neftə qiymət tavanının tətbiqi yer alıb.
Cəmilə
-
Sosial06:16
Daha bir dələduzluq növü: “20 manat ödəniş edirsiniz, sonra isə 3 aylıq..."
-
Sosial02:43
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR
-
İdman02:19
Klublararası DÇ-də səbətlər bəlli oldu: Püşk bu sistemlə atılacaq – FOTO
-
Qoroskop01:15
Günün qoroskopu: bunu etməsəniz, hər şey yaxşı olacaq
-
Avropa00:55
Fransanın Baş naziri istefa verdi
-
Hadisə00:15
Bakı metrosunda baş verənlərə görə bu gün xüsusi iclas olacaq - RƏSMİ
-
MDB4 Dekabr 23:25
Rusiyadan Paşinyanın KTMT ilə bağlı bəyanatına CAVAB
-
İdman4 Dekabr 22:30
Bekhemin oğlu yeni sevgilisi ilə FOTOsunu paylaşdı: Onun üçün döymə də etdirib