Dünya
İsrail bəyan etdi: Mart ayında Rəfahı alacaq, əgər HƏMAS...
Martın ilk ongünlüyünün sonu və Ramazan ayının əvvəlində radikalların əlində olan girovlar azad olunmasa, İsrail Qəzza zolağında hərbi əməliyyatını ölkənin cənubundakı Rəfah şəhərinə qədər genişləndirəcək.
Publika.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz bazar günü ABŞ yəhudi təşkilatlarının rəhbərliyinin Qüdsdə keçirilən konfransında çıxışı zamanı edib.
“Dünya və HƏMAS liderləri bilməlidir ki, Ramazana qədər girovlarımız evdə olmasalar, Rəfah bölgəsi də daxil olmaqla hər yerdə döyüşlər davam edəcək. Biz bunu koordinasiyalı şəkildə edəcəyik, dinc əhalinin tələfatını minimuma endirmək üçün amerikalı və misirli tərəfdaşlarımızla dialoq əsasında mülki şəxslərin təxliyyəsini asanlaşdıracağıq”, - deyə Müdafiə Nazirliyinin keçmiş rəhbəri və İsrail ordusunun baş qərargah rəisi Qantz bildirib.
“Rəfah hücumunun dəyərinin çox baha başa gələcəyini düşünənlərə açıq şəkildə deyirəm ki, HƏMAS-ın seçimi var: onlar təslim olub girovları azad edə, sonra qəzzalılar müqəddəs Ramazan bayramını qeyd edə bilərlər.
Cəmilə
-
Dünya14:50
Milyonlarla suriyalı artıq geri qayıda bilər - Hakan Fidan
-
Digər14:40
Günəşdə iki böyük partlayış oldu
-
Kriminal14:30
Şəmsi Səmədzadə həbs olundu
-
Yaxın Şərq14:00
Əsədin tutulmasına yardım edənə bu qədər pul veriləcək
-
Dünya13:15
Bəşər Əsəd öldü - "Reuters"
-
Hadisə13:05
Politoloq Azər Qasımlı saxlanıldı
-
Hadisə12:15
Azərbaycanda qulağına səslər gələn 33 yaşlı kişidən DƏHŞƏTLİ ƏMƏL: həyat yoldaşını...
-
Dünya11:55
Türkiyədə yaşayan suriyalılar Əsədin devrilməsini belə bayram edirlər - FOTOLAR