Dünya
100 il əvvəl tapılan fosillə bağlı şok iddia: Saxtadır
Təxminən 100 il əvvəl Alp dağlarında tapılan və tədqiqatçılara mükafat qazandıran fosilin bir hissəsinin saxta olduğu ortaya çıxıb. Fosilin ayaqları və pulcuqlarının gerçək olduğu, qalan hissəsinin isə qayanın rənglənməsi ilə yaradıldığı bildirilib.
Publika.az xəbər verir ki, elm adamları 280 milyon il əvvələ aid olduğu təxmin edilən bu sürünən fosilin qara bədənində bəzi yumşaq toxumaların hələ də mövcud olduğunu düşünərək araşdırmalara başlayıb.
Ancaq "Paleontology" elmi jurnalında dərc edilən araşdırma çərçivəsində aparılan araşdırmalar fosilin qara hissələrinin boya olduğunu ortaya çıxarıb.
Araşdırmanın öndə gedən adlarından biri olan Cork Kollec Universitetindən Valentina Rossi fosilin indiyə qədər müasir texnika ilə diqqətlə araşdırılmadığını deyib:
"Analiz edərkən hər hansı bir səhvə yol verərək fosilə zərər vermə riskini daşıya bilməzdik. İnanılmaz texnoloji irəliləyişlər bu araşdırmanı mümkün etdi. Bu fosili molekulyar səviyyədə incələmək fürsətimiz oldu. Bütün qara material saxta dəridir".
Bu fosili 1931-ci ildə italyan mühəndis və muzey işçisi Qualtiero Adami tapıb. Bir il sonra fosili tədqiq edən geoloq Giorgio del Piaz “Tridentinosaurus antiquus” adlı yeni növün kəşf edildiyini açıqlayıb.
Roza
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi