Dünya
Sığınacaqdan çıxan Berbok "Putinə təzyiq etmək lazımdır" dedi
Almaniyanın xarici işlər naziri Annalena Berbok Odessaya səfəri zamanı Ukraynadakı münaqişə ilə bağlı Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərməyi tələb edib.
Publika.az xəbər verir ki, almaniyalı nazir bu barədə ZDF telekanalına müsahibəsində bildirib.
“Putin hazırda sülh istəmir. Və o, bu münaqişəni dayandırana qədər biz Ukraynaya hərbi dəstək verməyə davam etməliyik”, - diplomat bildirib.
Onun sözlərinə görə, həmçinin Çin, İran və Şimali Koreyaya beynəlxalq səviyyədə maksimum təzyiq göstərmək lazımdır.
Bundan əvvəl Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Kiyevə humanitar yardım kimi daha 100 milyon avro ayrıldığını açıqlayıb. Qeyd olunur ki, iki il ərzində Almaniyanın Ukraynaya göstərdiyi və planlaşdırdığı yardımın ümumi həcmi 32 milyard avro təşkil edib.
Qeyd edək ki, Barbok Odessa səfəri zamanı hava həyəcan siqnalı verildiyi üçün sığınacaqda gizlənməli olmuşdu.
Cəmilə
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA