Kiyevin "sülh planı" - Yalnız bu ölkələrə dəvət göndərəcəklər
Bizi izləyin

Dünya

Kiyevin "sülh planı" - Yalnız bu ölkələrə dəvət göndərəcəklər

Kiyev İsveçrədə keçirilməsi planlaşdırılan sülh planı üzrə konfransa 160 ölkəni dəvət edəcək.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak "Rada" telekanalına açıqlamasında bildirib.

"Dəvətnamələr ən azı 160 ölkəyə göndəriləcək. Biz prinsipial olan bütün ölkələri dəvət edəcəyik”, - deyən siyasətçi, qonaqların Ukraynanın ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edən ölkələr olduğunu bildirib.

Bu arada G7 ölkələri Zelenskinin “sülh formulu”nu dəstəkləməkdən imtina ediblər. Qərb dövlətlərinin liderləri vurğulayıblar ki, ukraynalılar lazım olduğu müddətdə G7-nin dəstəyinə arxalana bilərlər.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm