Dünya
Rusiya Ukrayna ilə danışıqlardan imtina etdi
Rusiya Ukraynanın Şərqində vəziyyətin nizama salınması üçün Avropa Birliyi və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilməsi təklif edilən “Cenevrə formatı”ndan imtina edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Rusiya XİN-in rəsmi saytında yayılan bəyanatda Ukrayna bütün
razılaşmaları kobud şəkildə tapdamaqda ittiham olunur: “Kiyevin
ağır texnikanı işə salması nəticəsində ölkənin cənub-şərqində
minlərlə insan həlak olub, güclü dağıntılar baş verib”.
Rusiya XİN qeyd edib ki, rəsmi Kiyev real konstitusiya islahatı və
xalqla dialoqa getmək əvəzinə, hansısa aydın olmayan qeyri-rəsmi
manevrlərə cəhd edir: “Danışıqlar formatında məntiqi sual yaranır.
Ukrayna tərəfinin əvvəlcə razılaşdırılmış məsələləri yerinə
yetirməsi yaxşı olmazmı?”
Qeyd edək ki, Ukrayna tərəfi Donetskdə vəziyyəti nizama salmaq
məqsədi ilə Ukrayna-ABŞ-Avropa Birliyi-Rusiyanın növbəti dəfə
“Cenevrə formatı” çərçivəsində danışıqlar aparmasını təklif
etmişdi. Bu formatda ilk görüş aprelin 17-də baş tutub. Görüşdə
Kiyevin ölkənin şərqində hərbi əməliyyatları dayandırması haqda
razılaşma əldə olunmuşdu.
Bundan başqa, Ukrayna və Rusiya Fransa ilə Almaniya xarici işlər nazirlərinin iştirakı ilə “Berlin formatı” çərçivəsində danışıqlar aparıb. Lakin bu görüşlər münaqişənin həlli ilə nəticələnməyib.
Noyabrın 4-də Ukrayna prezidenti Pyotr Proşenko ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığında “Cenevrə formatı”nın yenidən bərpa olunmasını təklif edib.
Asif Nərimanlı
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO