Dünya
Netanyahunun şok planı: İsrail İranı belə vuracaq
Dünyanın diqqəti İsrailin İrana cavab verib-verməyəcəyinə yönəlib. ABŞ mətbuatı İsrailin İran planından yazıb. ABŞ rəsmiləri ilə görüşən NBC telekanalı Tel-Əvivin İranı necə hədəf alacağını dünyaya bəyan edib.
Publika.az xəbər verir ki, İsrailin xarici işlər naziri İsrail Katz dünyanın 32 ölkəsini İranın raket proqramına qarşı sanksiyalar tətbiq etməyə və İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımağa çağırır.
“Kan” ictimai yayımının məlumatına görə, İsrail İordaniya, Misir və Körfəz ölkələri kimi müttəfiq ölkələri məlumatlandırıb ki, cavab İranın onları əks-tədbirə qatmayacağı şəkildə verilməlidir.
Dörd ABŞ rəsmisi NBC telekanalına bildiriblər ki, İsrail cavab olaraq İrana birbaşa zərbələr endirmək əvəzinə İranın Suriyadakı milislər və ya Hizbullah kimi etibarlı qüvvələrinə zərbələr endirə bilər.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri İsrailin İranın nüvə obyektlərini vura biləcəyindən narahatdır.
BMT-nin Nüvə Nəzarət Təşkilatının rəhbəri də İsrailin İranın nüvə obyektlərini hədəf almasından narahat olduğunu, lakin Beynəlxalq Atom Enerjisi Agentliyinin İran obyektlərində yoxlamalarının bərpa ediləcəyini bildirib.
Roza Şəfiyeva
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO