Alimlərin yeni tədqiqatı: Görün nefti nədən aldılar
Bizi izləyin

Dünya

Alimlərin yeni tədqiqatı: Görün nefti nədən aldılar

Monaş Universitetinin kanadalı kimyaçıları köhnə təkərləri və polietileni yüngül, kükürdsüz yağa çevirmək üçün üsul hazırlayıblar.

Publika.az xəbər verir ki, tədqiqat “Waste Management” (WM) elmi jurnalında dərc olunub.

Yeni texnologiya materialların qısa müddət ərzində yüksək temperatura qədər qızdırıldığı sürətli piroliz prosesinə əsaslanır. Alimlər həmçinin müəyyən ediblər ki, şin kauçukunun aşağı sıxlıqlı polietilenlə qarışdırılması adətən avtomobil protektorları yandırıldıqda yaranan təhlükəli kükürd birləşmələrinin əmələ gəlməsini aradan qaldırır.

Homojen bir kompozisiya əldə etmək üçün komanda maye azotdan istifadə edərək şin qırıntılarını dondurub və sonra onları adi qəhvəçəkən maşında 200-500 mikrometr toz halına gətirib. Bundan sonra rezin plastik xammal ilə qarışdırılır və xüsusi sobada 15 saniyə ərzində 600°C temperaturda qızdırılır. Nəticədə tədqiqatçılar yüngül neft və az miqdarda bərk yanan qalıq - kömür əldə ediblər.

Gələcəkdə kimyaçılar rezin və plastik tullantılardan yanacağın həcmini və keyfiyyətini artırmaq üçün texnologiyanı təkmilləşdirmək niyyətindədirlər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm