Bu ölkədə helikopter qəzaya uğradı: Baş Qərargah rəisi həlak oldu - FOTO
Bizi izləyin

Dünya

Bu ölkədə helikopter qəzaya uğradı: Baş Qərargah rəisi həlak oldu - FOTO

Keniyada baş qərargah rəisi Frensis Oqolla və 10 hərbçi helikopter qəzasında həlak olub.

Publika.az xəbər verir ki, prezident Uilyam Ruto helikopterin havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğradığını və itkilərə görə çox kədərləndiklərini vurğulayıb.

O, Keniya Hərbi Hava Qüvvələrinin qəzanın səbəbini müəyyən etmək üçün hadisə yerinə araşdırma qrupu göndərdiyini bildirib.

Uilyam Ruto qəza ilə əlaqədar ölkə daxilində 3 günlük milli matəm elan edib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm