Yunanıstan parlamentində dava düşdü
Bizi izləyin

Dünya

Yunanıstan parlamentində dava düşdü

Yunanıstan parlamentinin müstəqil deputatı Konstantinos Floros onu nalayiq sözlərlə təhqir edən sağçı Vasilis Qrammenosu vurub.

Publika.az xəbər verir ki, polis Florosu saxlayıb.

O, Cinayət Məcəlləsinin 157-ci maddəsi (siyasi orqana və ya hökumətə qarşı zorakılıq) əsasında həbs edilib və Attikanın metropoliten bölgəsindəki polis qərargahına aparılıb.

Parlamentin sədri Konstantinos Tasulasın dediyinə görə, Cinayət Məcəlləsinin 157-ci maddəsinə əsasən, deputata qarşı zorakılıq edən şəxs 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm