Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
Bizi izləyin

Dünya

Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ

Cənubi Koreyada Yaponiyadan olan porno ulduzların iştirak etdiyi böyük seks festivalı ləğv edilib.

Publika.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.

"2024 KFX The Fashion" adlı tədbirin 21-22 aprel tarixlərində Seulda keçirilməsi planlaşdırılırdı. Festivalın proqramına erotik rəqslər, çılpaq iştirakçılarla şarların atılması kimi "böyüklər üçün oyunlar" və yeni seks oyuncaqlarının nümayişi daxil idi.

Məlumata görə, festivalın keçirilməsinə etiraz edən Koreya paytaxtının rayon şuraları və müxtəlif qadın icmaları silaha sarılıblar.

Qeyd edilib ki, bundan sonra "2024 KFX The Fashion" üçün son məkan Qanqnam bölgəsindəki bar olaraq seçilib və tədbirin çox reklam edilmədən keçirilməsi qərara alınıb. Lakin rayon şurası bütün müəssisələrə festivalın “mənəvi cəhətdən zərərli” olduğunu bildirən məktublar göndərib. Tədbiri öz ərazilərində keçirmək qərarına gəlsələr, barlar və restoranlar bağlanacaqları ilə hədələnib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm