Çin rəsmiləri HƏMAS nümayəndələri ilə görüşdü
Bizi izləyin

Dünya

Çin rəsmiləri HƏMAS nümayəndələri ilə görüşdü

Çin rəsmiləri HƏMAS və Fələstin Milli Azadlıq Hərəkatının (FƏTH) nümayəndələri ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunqinq bildirib.

O, HƏMAS və FƏTH nümayəndələrinin Çinin dəvəti ilə Pekinə gəldiyini bildirib. Tərəflər Fələstindəki mövcud vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.

Qeyd olunub ki, nümayəndə heyəti Fələstinlə barışığı təşviq etmək üçün dərin və səmimi dialoq qurmaq üçün Pekinə gəlib.

Hər iki tərəf dialoq və məsləhətləşmələr yolu ilə barışığa nail olmaq üçün siyasi iradələrini tam şəkildə ifadə edib, bir çox konkret məsələlər üzrə danışıqlar aparıb və ümidverici irəliləyiş əldə ediblər.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm