Boşanma səbəbi sayıldı: Ərin xəbəri olmadan onun cibindən pul götürmək...
Bizi izləyin

Dünya

Boşanma səbəbi sayıldı: Ərin xəbəri olmadan onun cibindən pul götürmək...

Tükiyədə Ali Apellyasiya Məhkəməsinin 2-ci Mülki Kollegiyası arvadının maddi istəklərinin bitməməsi və ondan xəbərsiz olaraq cibindən pul götürməsi ilə boşanma iddiası qaldıran ərin haqlı olduğunu bildirərək boşanma qərarını dəstəkləyib.

Publika.az xəbər verir ki, məhkəmə, həmçinin qadını ərinə dəyən mənəvi ziyanı ödəməyə məcbur edib. Tərəflərdən arvad təqsirinin müəyyən edilməsi və ona qarşı təyin edilmiş kompensasiyanın ödənilməsi, ər isə hökmün əsaslandırılması və dəymiş ziyanın məbləği ilə bağlı qərardan apellyasiya şikayəti verib.

Ali Apellyasiya Məhkəməsinin 2-ci Mülki Kollegiyası yerli məhkəmənin qərarını qismən təsdiqləyib.

Vəkil Fırat Bilici bildirib ki, Ali Məhkəmənin boşanma üçün əsas saydığı bir çox hallar var: “Bunlardan biri də həyat yoldaşının cibindən icazəsiz pul götürməkdir. Bu vəziyyət ortaq həyatı davam etdirməyə maneə olursa, nikah birliyi kökündən sarsıldığı üçün boşanma qərarı verilə bilər. Bu məhkəmədə də belə bir vəziyyət baş verib”.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm