Slovakiya Baş nazirinə sui-qəsd edən şəxs yazıçı imiş - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxs yazıçı imiş - YENİLƏNDİ

Slovakiya Baş nazirinə atəş açan şəxsin 71 yaşlı yazıçı Yuray Sintulanın olduğu məlum olub.

Publika.az xəbər verir ki, O, liberal “Proqressiv Slovakiya” partiyasının tərəfdarıdır. Sintula sosial şəbəkələrdə solçulara, son illərdə isə şəxsən Fitsoya nifrətini açıq şəkildə ifadə edib.

Qeyd edək ki, sui-qəsd cəhdi ilə əlaqədar Slovakiya Prezidenti Peter Pelleqrini xarici səfərini yarımçıq qoyaraq vətəninə qayıdır.

***

Slovakiya Respublikasının Baş naziri Robert Fikoya qarşı sui-qəsd edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Handlovej şəhərində hökumətin səyyar iclasının keçirildiyi binanın qarşısında atışma zamanı Baş nazir yaralanıb. O, helikopterlə xəstəxanaya aparılıb.

Nazirin qarnından və sinəsindən güllə yarası aldığı və vəziyyətinin çox ağır olduğu bildirilir. Ancaq yerli media Baş nazirin həyatına təhlükə olmadığını yazır.

Fikonu güllələyən şəxs artıq saxlanılıb. O, Leviçe şəhərinin 71 yaşlı sakinidir. Həmin şəxsin hadisəni hansı səbəbdən törətdiyi araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm