Dünya
İqlim dəyişikliyi ən çox onlara zərbə vurdu - Dəhşətli hesabat
BMT-nin Əmək Təşkilatının hazırladığı "İqlim Dəyişikliyi və İşçilərin Statusu 2024" hesabatı narahatlıq yaradıb.
Publika.az xəbər verir ki, hesabat iqlim dəyişikliyi ilə bağlı təhlükələri xəsarətlər, xərçəng və ürək-damar xəstəlikləri, tənəffüs pozğunluqları, ruhi xəstəliklər və depressiya kimi çoxsaylı sağlamlıq problemləri ilə əlaqələndirib.
İqlim dəyişikliyi səbəbindən qlobal temperaturun artması tez-tez şiddətli istilik dalğalarına, ultrabənövşəyi radiasiyaya, yoluxucu xəstəliklərə, məhsuldarlığın azalmasına və infrastrukturun zədələnməsinə səbəb olur.
Hesabatda bildirilir ki, bu vəziyyətdən təsirlənən sektorlar arasında ən çox risk altında olanlar kənd təsərrüfatı sahələri kimi fiziki cəhətdən çətin şərtlərdə, zəif havalandırılan yerlərdə və açıq havada işləyənlərdir.
Bu təsirlər gün vurması, rabdomiyoliz, günəş səpgiləri, kəskin böyrək zədəsi, xroniki böyrək xəstəliyi, fiziki zədə olaraq qeyd olunur. İqlim şəraiti ilə yanaşı, kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələr də risk yaradır.
Hesabatda hər il 18 960-dan çox işçinin dəri xərçəngindən, 300 işçinin pestisidlərdən zəhərlənmə nəticəsində öldüyü bildirilib. Parazitlərə bağlı xəstəliklər səbəbi ilə həyatını itirən işçilərin sayı isə 15 minə çatıb.
Roza Şəfiyeva
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək