Pakistandan daha bir dəhşətli xəbər gəldi: Ən azı 20 nəfər ölüb
Bizi izləyin

Dünya

Pakistandan daha bir dəhşətli xəbər gəldi: Ən azı 20 nəfər ölüb

Pakistanda sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 20 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə "Geo TV" məlumat yayıb.

Polisin məlumatına görə, avtobus Ravalpindidən Gilgitə gedirmiş. Qəza səhər saat 5:30 radələrində baş verib. Polisin verdiyi ilkin məlumatlara görə, avtobus həddindən artıq sürət səbəbindən dərəyə düşüb.

Polis komissarının müavini Fəyyaz Əhməd “Geo News”a bildirib ki, xəsarət alan ən azı beş sərnişinin vəziyyəti ağırdır.

"Qəzanın baş verdiyi ərazidə ordu helikopterlərinin də iştirak etdiyi xilasetmə əməliyyatı başa çatıb", - o bildirib.

Pakistanın baş naziri Şahbaz Şərif həlak olanların ailələrinə başsağlığı verib. Baş nazir zərərçəkənlərə hər cür tibbi yardımın göstərilməsi ilə bağlı aidiyyəti qurumlara da tapşırıq verib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm