"TikTok" da, sahibi də məhkəməyə müraciət etdi: ABŞ konstitusiyanı belə pozur
Bizi izləyin

Dünya

"TikTok" da, sahibi də məhkəməyə müraciət etdi: ABŞ konstitusiyanı belə pozur

"TikTok" və şirkətin çinli sahibi Byte Dance 170 milyon amerikalının istifadə etdiyi tətbiqin satılmayacağı halında ABŞ-da qadağan edilməsinə yol açan qanunun ləğvi üçün məhkəməyə müraciət edib.

Publika.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin aprelin 24-də imzaladığı qanunla sahibkara "TikTok"u satmaq üçün 19 yanvar 2025-ci ilə qədər vaxt verilib.

Kolumbiya dairəsi apellyasiya məhkəməsinə verdikləri iddiada "TikTok" və Byte qərarın ABŞ konstitusiyasını pozduğunu iddia edib.

İddia ərizəsində "TikTok"dan imtinanın “kommersiya, texnoloji və qanuni olaraq Ağ Ev və ABŞ üçün mümkün olmadığı” ifadə edilib. Ağ Ev və ABŞ Ədliyyə Nazirliyi məsələ ilə bağlı suallara cavab verməyib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm