Alkoqol asılılığını etiraf etdi: Övladlarım qarşısında ləyaqətimi, hörmətimi itirmişəm
Bizi izləyin

İdman

Alkoqol asılılığını etiraf etdi: Övladlarım qarşısında ləyaqətimi, hörmətimi itirmişəm

“İnter”, “Porto” və Kolumbiya millisinin sabiq yarımmüdafiəçisi Fredi Quarin asılılığından danışıb.

Publika.az xəbər verir ki, 2021-ci ildə karyerasını bitirən 37 yaşlı veteran futbolçu bunları deyib:

“Mənim alkoqol asılılığım 100%-dir. Bunu etiraf edirəm. Amma sağalma yolundayam.

Karyeramın bir nöqtəsində diqqətimi yayındırdım və içməyə başladım. Çox səhv etdim və səhv qərarlar verdim. Ailəm və dostlarım da daxil olmaqla bir çox insanı incitmişəm.

2021-ci ildə Kolumbiyanın “Millonarios” klubunu tərk edəndə alkoqol asılılığım kəskinləşdiyi üçün dibə düşdüm. Övladlarım qarşısında ləyaqətimi, hörmətimi itirmişəm. Artıq belə davam edə bilmədim və peşəkar kömək istəməli oldum.

Cəhənnəmin qapılarını döydüm. İndi hansı yolun doğru, hansı yolun yanlış olduğunu bilirəm. Mənim iki qorxum ölüm və həbsxanaya düşməkdir. Amma özüm də bilmədən ölüm hökmündə yaşayırdım. Sərxoş olanda risk aldığımın fərqində deyildim. Çoxlu dostlarımı itirdim, amma başqaları mənə yaxın qaldı. İndi mən bilirəm ki, mənim əsl dostlarım kimlərdir, onlar məni sağlamlığa qaytarmaq istəyirlər. Radamel Falkao, Xames Rodriges, David Ospina və digər komanda yoldaşlarım çətin anlarımda yanımda olublar. Digərləri bir söz demədən yoxa çıxdılar. Onlar əsl dost deyildilər”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm