F-16 qəzaya uğradı: Pilot bu üsulla xilas oldu
Bizi izləyin

Dünya

F-16 qəzaya uğradı: Pilot bu üsulla xilas oldu

Sinqapurda F-16 qırıcısı havaya qalxan zamanı yaranan problem nəticəsində qəzaya uğrayıb. Pilot oturacağı açaraq xilas olub.

Publika.az xəbər verir ki, bu barədə Sinqapur Müdafiə Nazirliyi məlumat yayıb.

Sinqapur Hərbi Hava Qüvvələrinə aid F-16 döyüş təyyarəsinin qalxma zamanı problem yaşadığı və təyyarənin qısa müddət sonra Tengah Hava Bazasında qəzaya uğradığı bildirilib.

Açıqlamada pilotun “oturacaq atma” üsulu ilə xilas olduğu, ona ilkin tibbi yardım göstərildiyi və qəza ilə bağlı araşdırma aparıldığı bildirilib.

Qəzada başqa xəsarət alanlar olmayıb. Bildirilib ki, ölkədə belə qəzalar son dərəcə nadir hesab olunur.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm