Cənubi Qafqaz
Ermənilərin Zəngəzur dəhlizi ilə bağlı sensasiyalı iddiası: Sentyabrda nə olacaq?
09:06
“Tavuşdan sonra Sünik (Zəngəzur-red) gəlir. Növbəti addımda Azərbaycan Ermənistandan Naxçıvana dəhliz verilməsini tələb edəcək. Türkiyə rəsmiləri artıq açıq şəkildə deyirlər ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında növbəti mərhələ Zəngəzur dəhlizinin açılmasıdır”.
Publika.az xəbər verir ki, bu barədə erməni şərhçi Avetis Babacanyan “Hraparak” nəşrində dərc olunan məqaləsində yazıb.
Erməni şərhçi qeyd edib ki, müharibə təhlükəsi ilə Ermənistandan hər şeyi almaq olar: “Nikol Paşinyan bunu göstərdi. Zəngəzur dəhlizini könüllü verməliyik, verməsək, müharibə olacaq. Paşinyan inandıracaq ki, məsələ o qədər də pis deyil, azərbaycanlıların o yoldan keçməsi üçün müəyyən imtiyazlar verilir, misal üçün, gömrük nəzarəti olmayacaq. Hakimiyyət Azərbaycana növbəti güzəşti müxtəlif səbəblərlə əsaslandıracaq, insanları əmin edəcəklər ki, Sünik (Zəngəzur) tezliklə sülh qovşağına, ticarət mərkəzinə çevriləcək, hətta o qədər inkişaf edəcək ki, əvvəllər bunun niyə edilmədiyinə peşman olacağıq. Bütün bunlar sentyabr ayına qədər edilməlidir, çünki Azərbaycan, Türkiyə və Ermənistan tələsir. Zəngəzur dəhlizi sentyabr ayına qədər reallaşacaq”.
A.Babacanyan yazır ki, Rusiya qoşunlarının Zəngəzurda olması Paşinyanın planlarına mane olur.
“Rusiya qoşunları Ermənistan-Azərbaycan sərhədinin müxtəlif yerlərindən çəkilsələr də, onların Sünikdə hərbi mövcudluğu davam edir. Daha əvvəl də məlumat yayılmışdı ki, rus sərhədçilərin Azərbaycanla sərhəddən çıxarılması tələbini Bakı irəli sürüb, İrəvan da bunu icra edib”, - o iddia edir və bildirir ki, Rusiya hərbçiləri Zəngəzurdan tamamilə çıxarsa, bu bölgə Azərbaycan və Türkiyənin nəzarətinə keçəcək.
Asif
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”






































