Müharibə indi də bu bölgəyə keçir - Rusiya hədələdi, sərt cavab verəcəklər
Bizi izləyin

Dünya

Müharibə indi də bu bölgəyə keçir - Rusiya hədələdi, sərt cavab verəcəklər

Moskva Yaponiya və ABŞ-ın Rusiya Federasiyasının Uzaq Şərq sərhədlərində yaratdığı hərbi təhdidlərə məhəl qoymayacaq.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Yaponiyadakı səfiri Nikolay Nozdrev bildirib.

Səfir qeyd edib ki, Rusiya Yaponiya və ABŞ-ın birgə manevrlərindən sonra “diqqətini artırıb” və müntəzəm olaraq Tokioya xatırladır ki, ölkəmiz “hərbi təhlükələrin qarşısını almaq üçün əks tədbirlər görməyə məcbur olacaq”.

Aprelin 17-də Rusiya səfirliyi ABŞ raketlərinin Filippində yerləşdirilməsini pisləyib. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov xatırladıb ki, Rusiyanın orta və yaxın mənzilli raketlərin (INF) yerləşdirilməsinə birtərəfli qaydada moratorium qoymasının aydın şərtləri var: "Amerika istehsalı olan bu cür silahlar dünyanın istənilən bölgəsində mövcud olana qədər biz bu cür sistemləri yerləşdirməyəcəyik".

Bundan əvvəl isə Antonov ABŞ-ın INF Müqaviləsi ilə qadağan edilmiş silahları “kölgədən çıxardığını” vurğulayıb.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm