Dünya
Kiyevdə daha bir gürcüstanlı “qanuni oğru” həbs edildi
Bu gün Kiyevdə “qanuni oğru" Quqava Cumberi xüsusi əməliyyatla həbs olunub.
Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə daxili işlər naziri Arsen Avakov “Facebook” səhifəsində yazıb.
Quqava cumberi Gürcüstan və Qazaxıstanda dəfələrlə mühakimə edilən Abxaziya sakinidir. O, Donetskdə 1986-cı ildə "tac qoyulmuş" "qanuni oğru" kateqoriyasına aiddir. Kriminal aləmdə “Cimşer” ləqəbi ilə tanınır.
Məlumata görə, Quqava Rusiyadan Ukraynaya qeyri-qanuni gəlib. Quqava Ukraynanın ərazisində avtomobil və mənzil oğurluqları üzrə ixtisaslaşdırılan bir neçə cinayətkar qrupun fəaliyyətinə nəzarət edirdi. Bu qruplar 2013-1014-cü ilin qış aylarında Ukraynaya Quqava ilə birlikdə gəlib.
Xatırladaq ki, Ukrayna Daxili İşlər Nazirliyinin tədqiqatçıları ötən ay “qanuni oğru”ların Kiyevin mərkəzindəki bir mehmanxanada keçirilən yığıncağına mane olub. Ukrayna daxili işlər naziri Arsen Avakov qeyd edib ki, şam yeməyində bir araya gələn üç gürcüstanlı “qanuni oğru” Ukraynada nüfuz sahələrinin yenidən bölüşdürülməsi məsələlərini həll etməyə çalışırdılar. Həbs olunanlar “Batumi Lavasoqli” ləqəbi 33 yaşlı “qanuni oğru”, Kutaisinin 38 yaşlı sakini “Vatiya” ləqəbili “qanuni oğru” və “Suxumi” qruplaşmasının nümayəndəsi 43 yaşlı “Quqa” ləqəbli “qanuni oğru” olub. “Batumi Lavasoqli” il yarım ərzində Ukrayna ərazisində 4 dəfə saxlanılıb. Məlumata görə, “qanuni oğru”ların Kiyevdə keçirdiyi toplantıda kömürün çatdırılması, Ukraynada sərnişin daşınmaları və kəhrəbanın qeyri-qanuni ölkədən çıxarılması sahələrində nüfuz dairəsinin bölüşdürülməsi xüsusi müzakirə mövzusu olub.
Ömər Dağlı
-
Hadisə20:48
Azərbaycanda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: aralarında tələbələr də var
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu