Putinin Pekinə səfəri Qərbdə təşviş yaratdı - Diqqət çəkən Ukrayna detalı
Bizi izləyin

Dünya

Putinin Pekinə səfəri Qərbdə təşviş yaratdı - Diqqət çəkən Ukrayna detalı

Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri və Si Cinpinlə görüşü Qərb üçün təşviş yaradır.

Publika.az xəbər verir ki, bunu Yeni Dehlidəki Cavaharlal Nehru Universitetinin diplomatiya professoru Svaran Sinq “The Independent” qəzetinə müsahibəsində deyib.

"Putin və Si Cinpin arasında görüş həm əlamətdar, həm də simvolik xarakter daşıyır, çünki onlar Qərb liderlərinin böyük yorğunluğu və Ukraynadakı münaqişəni dəstəkləmək istəməməsi fonunda mütləq öz tərəfdaşlıqlarını gücləndirməyə çalışacaqlar", - ekspert bildirib.

Sinq həmçinin vurğulayıb ki, Çinə səfər Rusiyanın hazırkı beynəlxalq mövqeyi və Pekinlə yaxşı münasibətləri barədə Qərbə bir siqnaldır.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Si Cinpinlə danışıqlarında Ukrayna münaqişəsinin müzakirə olunacağını təsdiqləyib. O əlavə edib ki, Rusiya Ukraynada istənilən sülh təşəbbüsünü alqışlayır. Onun sözlərinə görə, Moskva Çin tərəfinin münaqişənin mümkün həlli ilə bağlı təklifindən heyran qalıb.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm