Türkiyənin BRİKS-ə qoşulmasına narazılıq edən ölkə var? - Kreml açıqladı
Bizi izləyin

Dünya

Türkiyənin BRİKS-ə qoşulmasına narazılıq edən ölkə var? - Kreml açıqladı

Bütün BRİKS ölkələri Türkiyənin birliyə qoşulmasında maraqlıdır.

Publika.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov “TRT World” telekanalına müsahibəsində deyib.

“Əlbəttə, Türkiyənin BRİKS-ə qoşulması bütün üzvlər üçün çox vacibdir. Türkiyə böyük regional gücdür və qlobal məsələlərdə çox mühüm rol oynayır”, - deyə prezidentin mətbuat katibi vurğulayıb.

Peskov bütün BRİKS ölkələrinin Ankaranın üzvlüyündə maraqlı olduğunu açıqlayıb. O, Türkiyənin üzvlüyünün NATO üzvü kimi deyil, ilk növbədə bir dövlət kimi maraqlı olduğunu vurğulayıb .

Daha əvvəl Peskov bildirib ki, Türkiyə NATO-nun üzvü olmaqla BRİKS-ə qoşula bilər. Onun sözlərinə görə, Ankaranın assosiasiyaya qoşulmaq istəyi etirazlara səbəb olmayacaq.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm