Britaniya Çini sübutsuz "ittiham" etdi: Ölümcül yardım üstündə
Bizi izləyin

Dünya

Britaniya Çini sübutsuz "ittiham" etdi: Ölümcül yardım üstündə

Pekin Ukraynadakı münaqişədə istifadə üçün Rusiyaya silah verir və ya tədarük etməyə başlamaq niyyətindədir.

Publika.az "1prime.ru"ya istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps bildirib.

“Bu gün mən açıqlaya bilərəm ki, bizdə Rusiya və Çinin Ukraynada istifadə olunmaq üçün hərbi texnika üzərində əməkdaşlıq etdiyinə dair sübutlar var. ABŞ və Britaniya hərbi kəşfiyyatı ölümcül yardımın indi Çindən Rusiyaya, oradan da Ukraynaya axdığını aşkar edə bilər", - Şapps deyib.

Lakin müdafiə idarəsinin rəisi heç bir sübut təqdim etməyib. O vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinin Çinə son səfəri və iki ölkə arasında ticarət dövriyyəsinin artması onların arasında dərin əlaqələrdən xəbər verir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm