Zidanı və Torresi keçdi
Bizi izləyin

İdman

Zidanı və Torresi keçdi

Avro-2024-ün qrup mərhələsinin 2-ci turunun Gürcüstanla oyununda Çexiya yığmasının hücumçusu Patrik Şik fərqlənib.

Piblika.az xəbər verir ki, bu, forvardın Avropa çempionatında altıncı qolu olub.

Belə ki, Çexiya millisinin futbolçusu hərəyə5 qol vuran Fransa millisinin sabiq yarımmüdafiəçisi Zinəddin Zidan, ispan Fernando Torres, polyak Robert Levandovski, almanlar Mario Qomez və Yurgen Klinsmann və keçmiş Yuqoslaviya millisinin futbolçusu Savo Miloşeviçi üstələyib.

Xatırladaq ki, Avropa çempionatları tarixinin ən yaxşı bombardiri portuqaliyalı Kriştiano Ronaldodur (14 qol).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm