Orban Ukrayna münaqişəsi ilə bağlı mövqeyini AÇIQLADI
Bizi izləyin

Avropa

Orban Ukrayna münaqişəsi ilə bağlı mövqeyini AÇIQLADI

"Ukraynada münaqişəyə son qoymaq Budapeştin prioritet hədəflərindən biridir".

Publika.az xəbər verir ki, bu mövqeyi Macarıstanın baş naziri Viktor Orban "Funke" media qrupuna müsahibəsində bildirib .

Siyasətçidən Macarıstanın iyulun 1-dən başlayacaq Avropa İttifaqı Şurasına sədrliyi zamanı nə gözləyəcəyi soruşulub .

“Ən vacib məqamlar: biz Avropa iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq istəyirik. Biz müharibənin bitməsinin tərəfdarıyıq. Və miqrasiya problemi həll edilməlidir”, - Orban vurğulayıb.

Baş nazir miqrasiya məsələsinə xüsusi diqqət yetirib. O qeyd edib ki, Macarıstana daxil olmaq istəyənlər lazımi sənədləri ölkənin digər ölkələrdəki səfirliyinə təqdim etməlidirlər. Təsdiqlənsə, onlar ölkəyə daxil ola biləcəklər, əks halda isə yox.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm