Gərginlik artır: dünyanı qorxuya salan "kabus donanma" qarşı-qarşıya gəlir
Bizi izləyin

Dünya

Gərginlik artır: dünyanı qorxuya salan "kabus donanma" qarşı-qarşıya gəlir

İki super güc - Çin və ABŞ hər sahədə rəqabət aparır. Pekinin öz “kabus donanmasını” yaradan pilotsuz dəniz vasitəsi və nüvə sualtı qayıqları ABŞ-ı narahat edir.

Publika.az xəbər verir ki, Çinin "A2000 Thunderer" adlı pilotsuz dəniz vasitəsi (SİDA) kompozit gövdə quruluşu və texnoloji avadanlıq sayəsində ölkənin ilk "kabus SİDA"sı olub.

Qurğu Malayziyada keçirilən Beynəlxalq Müdafiə Sərgisində təqdim edilib. Mütəxəssislər bütün bu inkişafların ABŞ-ın gizli “kabus donanması” proqramına problem yaratdığını bildirir.

Dənizin üstü və altındakı əksər radar və sonarlar tərəfindən təsbit edilə bilməyən bu SİDA havadan və dənizdən gələn təhdidlərə qarşı önləyici raketlərə də malikdir. Pilotsuz dəniz vasitəsi həmçinin 30 mm-lik top və hücum xarakterli PUA ilə təchiz olunub.

“The National Interest”-in iddiasına görə, bu məlumat Çin tərəfindən gizli saxlanılır.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm