Bakıda DƏHŞƏTLİ HADİSƏ: TƏBİB xəsarət alanların sayını açıqladı - VİDEO / YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Bakıda DƏHŞƏTLİ HADİSƏ: TƏBİB xəsarət alanların sayını açıqladı - VİDEO / YENİLƏNDİ

Bakıda çoxmərtəbəli yaşayış binalarının birində liftin trosu qırılıb, xəsarət alanlar var.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 23.06.2024-cü il tarixində saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb.

Xəsarət alanlar Təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar.

xxx

18:24

Paytaxtda dəhşətli hadisə yaşanıb.

Publika.az xəbər verir ki, hündürmərtəbəli yaşayış binalarından birində lift trosu qırılıb.

Nəticədə lift lift şaxtaya düşüb. Hadisə Ağa Nemətulla 79 ünvanında qeydə alınıb.

Bədbəxt hadisə zamanı insanların xəsarət aldığı qeyd edilib.

Baku.ws-in yaydığı görüntülər təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm