Cənubi Qafqaz
"Azərbaycan deyir ki, "sən məni 30 il yaşamağa qoymadın, mən də..."" - Paşinyandan ETİRAF
"Azərbaycan deyir ki, "sən məni 30 il yaşamağa qoymadın, mən də səni yaşatmayacağam" və bu, bizim öhdəsindən gəlməli olduğumuz ən böyük problemdir".
Publika.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri, "Mülki Müqavilə" Partiyasının İdarə Heyətinin sədri Nikol Paşinyan dünən Ankavanda çıxışı zamanı deyib.
"Hələ böyük ölkələr, beynəlxalq oyunçular var ki, deyirlər: "Bir dəqiqə gözləyin. Necə yaşamaq istəyirsən?" Sən yaşayan xalqlardan deyilsən, əziyyət çəkən xalqsan, əziyyət çəkməlisən, mühacirət etməlisən, öldürülməlisən, döyüşməlisən və bütün bunlardan keçib gəlməlisən, məndən qurtuluş diləməlisən. Mən də gəlib səni xilas etməliyəm ki, səni öldürməyə davam etməsinlər və siz döyüşəsiniz"", - Paşinyan qeyd edib.
O vurğulayıb ki, xalqın onlara mesajı odur ki, onlar əbədi döyüşmək yox, sadəcə yaşamaq istəyirlər:
""Mülki Müqavilə" Partiyasının ideologiyası məhz budur: həyat ideologiyasını dövlət ideologiyasına çevirmək, vətəndaşlarımızın yaşamaq, yaxşı yaşamaq istəyinə azadlıq vermək və bunu mümkün etmək. Çünki bizim cəmiyyətdə yaxşı yaşamağa can atmağa azadlıq vermirlər".
Hüseyn İbadlı
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir



























.jpg)









