Dünya
Putin Avstraliyada belə qarşılanmaq istəməzdi
Avstraliyanın Brisben şəhərində keçirlən “Böyük iyirmiliyin” (“G20”) sammitində Kanadanın baş naziri Stiven Xarper ilə Rusiya prezidenti arasında maraqlı hadisə yaşanıb.
Publika.az-ın “Globe and Male” nəşrinə istinadən verdiyi məlumata görə, Kanada baş naziri Putinə “Ukraynadan getməyi” məsləhət görüb.
Hadisə “G20” sammitinin açılışından əvvəl baş verib.
“Putin Kanada baş nazirinə əlini uzatdı. Stiver Xarper bu jesti qəbul etdi. Amma baş nazir Rusiya liderinə dedi: “Düşünürəm ki, mən sizin əlinizi sıxmalıyam. Amma mən yalnız bir şey deyə bilərəm: Siz Ukraynadan getməlisiniz”, - deyə “ Globe and Male” nəşri yazıb.
Məlumata görə, Putin müsbət cavab verməyib.
Bir müddət isə Kanadanın xarici işlər naziri Con Berd Rusiyanın Arktikada öz hərbi potensialını yerləşdirməsindın narahatlığını ifadə edərək Moskvanı hədələmişdi. Xarici işlər naziri Danimarkanın “Berlingske” qəzetinə müsahibəsində Arktikada maraqlarını əllərdə silahla müdafiə etməyə hazır olduğunu bildirmişdi: “Ottava Arktikada öz maraqlarının müdafiəsinə qalxmağa hazırlaşır. Əgər lazım gələrsə, güc də tətbiq ediləcək”.
Məlumata görə, Putin müsbət cavab verməyib.
Avstraliyanın rəhbərliyi isə “G20” sammitində Putinlə salamlaşmaqdan imtina etdi. Məlumata görə, Putinin nazir köməkçisi qarşılayıb. Hələ oktyabr ayında Avstraliyanın baş naziri “G20” sammitində Putinə “sərt danışıq” söz vermişdi. Dünən isə baş nazir bildirib ki, Rusiya çarizm və ya Sovet İttifaqının itirilmiş şöhrətini yenidən qaytarmağa çalışmadan sülhə, azadlığa və çiçəklənməyə çalışasaydı daha cazibədar ölkə olardı.
Bundan başqa Avstraliyanın baş prokuroru Corc Brendis və general-qubernator Piter Kosqrouv da Rusiya prezidentinin əlini sıxmayıb.
Ömər Dağlı
-
Hadisə21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?