Dünya
Qızları soyundurub imtahana buraxdılar: Valideynlər ayağa qalxdı - FOTO
Rusiyada məktəbli qızlar Vahid Dövlət İmtahanına daxil olmaq üçün alt paltarlarını çıxarıblar. Özü də bunu hamının gözü qarşısında etmək məcburiyyətində qalıblar.
Publika.az oxu.az-a istinadən xəbər verir ki, yerli sakinlərin etirazına səbəb olan hadisə Voronej şəhərində qeydə alınıb.
Nəzarətçilər bu tələbi metal detektorun alt paltarlarındakı metal hissələrə reaksiya verməsi ilə izah ediblər. Qızlardan paltarlarının metal hissələrini qoparmaları istənilib.
Valideynlərin sözlərinə görə, hətta breketli uşaqlar bir saatdan sonra binaya girə biliblər.
Artıq müşahidə kameralarından bir görüntü yayılıb. Kadrlarda məktəbli qızın imtahana girmək üçün alt paltarını kişi müfəttişə göstərmək məcburiyyətində qalması əks olunub.
Valideynlərin sözlərinə görə, digər qızlar məktəb binasının qarşısında soyunmalı olublar. Hadisə böyük səs-küyə səbəb olub, valideynlər ayağa qalxaraq Voronej vilayətinin yerli hökumətinə müraciət ediblər.
Ancaq hökumət orqanları heç bir etik norma pozuntusu aşkar etmədiklərini deyiblər. Onların sözlərinə görə videogörüntülərlə tanış olublar və imtahan yerinə girişin təlimatlara uyğun təşkil edildiyi, imtahanın düzgün aparıldığı qənaətinə gəliblər.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO