Dünya
Ömər Əl-Şişani yenə “dirildi” – Kadırov “öldürmüşdü”
İŞİD terror qruplaşmasının liderlərindən olan “Çeçen” ləqəbli Ömər Əl-Şişaninin məhv edilməsi ilə bağlı Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun açıqlaması Gürcüstanda təkzib edilib.
Publika.az-ın “rosbalt.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə "Qafqaz inteqrasiyası Fondu” qeyri-hökumət təşkilatının rəhbəri, Pankisi dərəsindəki Duisi kəndinin sakini Umar İdiqov bildirib.
Onun sözlərinə görə, Ömər Əl-Şişaninin (əsl adı Tarxan Batiraşvilidir – Ö.D.) ölümü haqqında R.Kadırovun açıqlaması həqiqətəuyğun deyil. Çeçenistan Respublikası prezidentinin iddiası Pankisi ağsaqqalları, həmçinin Ömər Əl-Şişaninin qohumları tərəfindən rədd edilib.
Pankisi dərəsinin Cokolo kəndinin sakini Ayuf Borçaşvili də bildirib ki, Ömər Əl-Şişani sağdır. O qeyd edib ki, dərədəki uşaqların Ömər Əl-Şişani ilə telefon söhbəti haqqında məlumatı var. Qeyd olunur ki, Kadırovun “İnstaqram” səhifəsində paylaşdığı və Ömər Əl-Şişaniyə aid olduğunu iddia etdiyi şəkil bir il əvvəl öldürülmüş başqa İŞİD döyüşçüsünə məxsusdur.
Xatırladaq ki, Ömər Əl-Şişaninin məhv edilməsi haqqında məlumatı R.Kadırov “İnstaqram” səhifəsində 13 noyabrda paylaşıb və sübut kimi göstərdiyi bir şəkli yerləşdirib.
“Rusiya və çeçen xalqını hədələyən, müsəlmanların qanını axıdan hər bir kəsin sonu belə olacaq”, - deyə Kadırov “İnstaqram” səhifəsində öldürülmüş ekstremistin şəklinin altında yazıb.
Ömər Əl-Şişani Çeçenistan Respublikasına qarşı müharibəyə başlayacağına söz verib. ABŞ-ın "Beynəlxalq terrorçular" siyahısına saldığı Ömər Əl-Şişani Çeçenistan liderinin başına pul qoyub. Əl-Şişani bu ilin sentyabrında internetdə yayılan bir videoçarxda “Allahın mərhəməti” ilə Qafqazı, o cümlədən bütün Qafqazı “azad edəcəyi”ni bildirmişdi. R.Kadırov isə cavabında Rusiyanın, konkret olaraq Çeçenistan Respublikasının bütün düşmənlərini cəhənnəmə göndərəcəyinə söz vermişdi.
Suriyaya gəldikdən sonra Əbu Ömər əl-Şişani adını alan “Çeçen” 1986-ci ildə Gürcüstanda doğulub. Şişani İŞİD-in Suriyadakı komandiri olaraq tanınır. Onun İŞİD-in Kobani əməliyyatına rəhbərlik etdiyi iddia olunur.
Ömər Dağlı
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO