Çexiyada hərbi poliqonda PARTLAYIŞ: ölən və yaralananlar var
Bizi izləyin

Dünya

Çexiyada hərbi poliqonda PARTLAYIŞ: ölən və yaralananlar var

Çexiyanın şərqindəki Libava hərbi poliqonunda döyüş sursatı partlayıb.

Publika.az xəbər verir ki, bu barədə Çexiya ordusunun Mətbuat Xidməti məlumat yayıb.

Hadisə nəticəsində bir hərbçi həlak olub, yeddi əsgər və bir mülki şəxs yaralanıb.

Yaralılar Olomoutsdakı hərbi hospitala yerləşdiriliblər.

Hazırda insident hərbi polis tərəfindən araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm