Elm və təhsil
Sertifikasiya imtahanında maksimum nəticə göstərən 13 riyaziyyat müəllimi - ADLAR/FOTOLAR
İyunun 21-də müəllimlərin sertifikatlaşdırması prosesinin test imtahanı mərhələsinin birinci hissəsi başa çatıb.
Publika.az xəbər verir ki, imtahanda 13 riyaziyyat müəllimi 60 bal toplayıb.
Yüksək nəticə göstərən müəllimlərin adlarını təqdim edirik:
- Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin riyaziyyat müəllimi Könül Heydərova;
- Salyan rayonu Şəkərli kənd ümumi orta məktəbin riyaziyyat müəllimi Nəcəfov Niyaməddin;
- Abşeron rayonu Masazır kənd 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Səyyad Canalıyev;
- Sumqayıt şəhər Təfəkkür liseyinin riyaziyyat müəllimi Leyla Babayeva;
- Göygöl rayon Qırıxlı kənd tam orta məktəbin riyaziyyat müəllimi Gülnar İmranova;
- Ucar rayonu Xalac kənd A.Ahmədov adına tam orta məktəbin riyaziyyat müəllimi Aygül Xəlilova;
- Ucar rayonu Boyat kənd tam orta məktəbin riyaziyyat müəllimi Fəridə Məhərrəmova;
- İmişli rayonu Qaradonlu kənd M.Şirinov adına tam orta məktəbin riyaziyyat müəllimi Günay Məmmədova;
- Xaçmaz Rayonu Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbin riyaziyyat müəllimi Ülkər Hüseynova;
- Balakən rayon Qaysa kənd tam orta məktəbin riyaziyyat müəllimi Nəfsət Haxova;
- Şəki şəhər 7 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Nəzakət Bağırova;
- Balakən rayon Roçəhməd kənd tam orta məktəbin riyaziyyat müəllimi Murad Şabanov;
- Salyan rayonu Sarvan kənd İ.Həsənov adına tam orta məktəbin riyaziyyat müəllimi Gülnarə Hüseynova.
Qeyd edək ki, iyunun 21-də riyaziyyat müəllimləri sertifikatlaşdırma imtahanına cəlb olunublar. Proses iyunun 21, 22 və 24-ü tarixlərini əhatə edir. Növbəti günlərdə xarici dil (rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.), ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikasiyada iştirak edəcəklər.
Test imtahanı mərhələsində müəllimlərə 120 dəqiqə müddətində tədris etdikləri fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunur.
Test imtahanında azı 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.
Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək. Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllüdür.
Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq edilib.
-
Region02:12Zelenski Qafqaz ölkələrinə HHM sahəsində əməkdaşlıq təklif etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ağıllı addımlar sizə uğur gətirəcək.
-
Magazin123 Aprel 23:12Xalq artisti qızı ilə bağlı sosial şəbəkədə nə yazıb?
-
Magazin123 Aprel 20:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT23 Aprel 19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə23 Aprel 18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat23 Aprel 18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika23 Aprel 17:07İlham Əliyev sərəncam imzaladı











.jpg)








.jpg)

















