Şoyqu və Gerasimov həbs olunacaq? - Peskovdan yeni BƏYANAT
Bizi izləyin

MDB

Şoyqu və Gerasimov həbs olunacaq? - Peskovdan yeni BƏYANAT

Kremlin sözçüsü Dmitri Peskov Moskva Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov haqqında həbs qərarını absurd hesab edir.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskov deyib: “Biz onları (orderləri) tamamilə absurd hesab edirik, eynilə dövlət başçısına, uşaq ombudsmanımıza aid olan əvvəlki iki sərəncam kimi”, - Peskov deyib.

Xatırladaq ki, 2023-cü ilin martında ICC-nin məhkəməyə qədərki palatası Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın “uşaqların Ukraynadan qanunsuz çıxarılması” ilə bağlı həbs qərarı çıxarmışdı.

Xatırladaq ki, BCM-nin yurisdiksiyası dünya əhalisinin yarıdan çoxunun yaşadığı ölkələr tərəfindən tanınmır. Onların arasında Rusiya, Azərbaycan, Belarus, Misir, Hindistan, İndoneziya, İran, Qazaxıstan, Çin, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə var.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm