Dünya
ABŞ və İsrail qətliama görə məsuliyyəti Fələstinin üzərinə qoydu
İsrail baş naziri Benyamin Netanyahu Qüdsdə yerləşən bir sinaqoqda törədilən qətliamla bağlı bəyanat verib.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, baş nazir terror aktı üçün məsuliyyəti “Həmas” təşkilatı və Fələstinin lideri Mahmud Abbasın üzərinə qoyub.
Qeyd edək ki, Qüdsdə yerləşən bir sinaqoqa bu gün balta və bıçaqlarla silahlanmış iki fələstinli hücum edib. Onlardan birinin üzərində tapança da olub. Hücum nəticəsində beş nəfər öldürülüb. İsrail mediasının yazdığına görə, yaralanan səkkiz nəfərdən ikisinin vəziyyəti ağırdır.
Hadisəyə ilk reaksiya ABŞ-dan gəlib. ABŞ dövlət katibi Con Kerri isə Fələstin liderlərini zorakılığı dayandırmağa çağırıb. Amerika diplomatiyasının başçısı hadisəni terror aktı kimi qiymətləndirib.
Ömər Dağlı
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ